Səthi buz təbəqələri ilə örtülü olan Antarktida qitəsində də ilk dəfə COVID-19-a yoluxma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, indiyə qədər koronavirus pandemiyasından təsirlənməyən yeganə qitə Antarktidadakı General Bernardo O’Higgins Rikelme Araşdırmalar Bazasında ilk dəfə COVID-19-a yoluxma halları təsbit edilib.
Çili ordusundan verilən açıqlamada bazadakı 26-sı hərbçi olan 36 ölkə vətəndaşının koronavirusa yoluxduğu bildirilib.
COVID-19-a yoluxan 36 nəfərin səhhəti yaxşıdır. Testləri pozitiv çıxan personal Çilinin Punta Arenas şəhərinə aparılıb.
Daimi yaşayışın olmadığı Antarktidanın ətrafındakı adalarda işləyən, elmi araşdırmalar aparan və digər sahələrdə çalışanlarla birlikdə qitədə yaşayanların sayının qışda 1000, yayda isə 5000 olduğu bildirilir.