“Tarixdə xalqlara müharibə açan iki varlıq var. Biri Səddam Hüseyndir, digəri Trampdır. Səddam hərbi müharibə, Tramp bizə iqtisadi müharibə açdı”.
Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
İranın 1980-88 illər arasında baş verən İraq-İran müharibəsində Səddam Hüseyni məğlub etdiyini söyləyən Ruhani qeyd edib: “Biz o dəlinin edam edildiyi günü gördük. Trampın Səddamdan yaxşı bir aqibəti olmayacaq”.