Kəlbəcər və Xankəndi geoloji müzeylərinin, Şuşa xalça muzeyinin eksponatları Qarabağdan çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın təhsil və elm nazirinin müavini Narine Xaçaturyan deyib.
Eksponatların harada olduğunu deyə bilməyəcəyini bildirən nazir mavini əlavə edib ki, onlar etibarlı yerdədir:
“Şuşa muzeylərindən eksponatları etibarlı yerə aparmağa hazır idik, lakin əvvəlcə bunu etmək istəmədilər. Çünki Şuşanın Azərbaycanın nəzarətində olacağını təsəvvür etmirdilər. Sonra eksponatları təhlükəsiz yerə apardılar, zirzəmilərdə gizlətdilər, amma indi harada olduqlarını və hansı vəziyyətdə olduqlarını bilmirik”.
Bundan başqa, saxta qurumun, saxta təhsil, elm, mədəniyyət və idman naziri Lusine Qarkhanyan da eksponatları qorumaq üçün danışıqlar aparmaq istəyi ilə Rusiya tərəfinə müraciət edilməsini təklif etdiyini, lakin bu danışıqların hələ başlamadığını qeyd edib.
Erməni nazir daha sonra bildirib ki, danışıqlara başlamamalarına səbəb əsir və itkin düşənlərin taleyinin tam olunmamasıdır:
"O proses başa çatmasa, digər məsələlərin müzakirəsi və həll edilməsi ilə bağlı düşüncələridir. Əslində bu məsələlər bir-birinə qarışmır. Prosesin paralel aparılması lazım idi. Təhlükəsizlik yerlərdə olan təxminən 200 kiçik daşınar abidəni-xaçkarları, məzar daşlarını və digər nümunələri Qarabağdan çıxarmağı bacardıq”.
Qeyd edək ki, işğalçılar Şuşanı işğal etdikdən sonra tarixi Azərbaycan şəhərini tar-mar ediblər. Sonradan işğalçılar Şuşada olan muzeyləri öz adlarına çıxararaq dörd dövlət, iki özəl muzey qurduqlarını elan etmişdilər. Bunlar əsasən Gözəl Sənətlər Muzeyi, Geologiya Muzeyi, Şuşa Tarix Muzeyi, Şuşa qalereyası, Şuşa Xalça Muxeyidir.
Erməni nazirin sözlərindən belə aydın olur ki, onlar Şuşa Xalça Muzeyinin eksponatlarını özləri ilə apara biliblər.