Rusiyanın Soçi şəhərində Yüksək Səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, iclasda Rusiyanın və Türkiyənin xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edirlər.
Əvvəlcə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov, daha sonra Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu açılış nitqi ilə çıxış edib. Daha sonra iclas qapalı şəkildə davam etdirilib.
Qeyd edək ki, Birgə Strateji Planlaşdırma Qrupunun sonuncu iclası 29 mart 2019-cu ildə Antalyada keçirilib.