30 Dekabr 2020 16:17
8 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

İngiltərənin Azərbaycanın Dağlıq Qarabağda Ermənistan üzərində qazandığı qələbədən sonra yeni pilotsuz uçan aparatlarının (PUA) istehsal proqramına başlaması gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə ingilis nəşri “Guardian” məlumat verib.

Nəşrin məlumatına görə, ölkənin hərbi komandanlığı Azərbaycanın 6 həftəlik müharibədə türk PUA-larından istifadəsinin ermənilərin məğlub olunmasında və Ermənistanın işğalı altındakı əraziləri azad etməsində əhəmiyyətli rol oynadığını müzakirə edir.

Müdafiə Nazirliyinin pilotsuz təyyarələrin yayılma riskləri ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, İngiltərənin 2021-ci ilin əvvəlində elan ediləcək 5 illik müdafiə büdcəsi çərçivəsində PUA-ları əldə etmək istədiyi bildirilib.

Məqalədə “Bayraktar TB2”-nin 150 kilometrə qədər uçuş mənzilinə malik olduğu və 24 saat havada qala bildiyi vurğulanıb. Əlavə olaraq, “Bayraktar TB2”-nin digər ölkələrin PUA-larından daha ucuz olduğu üçün bunun müharibə zamanı daha az itkilərə yol aça biləcəyinə diqqət çəkilib.

Krallıq Silahlı Qüvvələr İnstitutunun (RUSI) professoru Maykl Klarkın sözlərinə görə, Azərbaycan ordusunun müharibədə pilotsuz təyyarələrdən istifadə etməsi həlledici rol oynayıb.

İngiltərə Müdafiə naziri Ben Uolles dekabrın 11-də verdiyi açıqlamada da Türkiyə istehsalı PUA-ların Suriya, Liviya, Dağlıq Qarabağ və digər bölgələrdəki münaqişələrdə başqa hərbi texnikalardan və silahlardan daha üstün olduğunun təsdiqləndiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər