30 Dekabr 2020 15:57
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaranın Rusiyadan S-400 kompleksləri alması ilə əlaqədar Türkiyə və ABŞ ortaq işçi qrupu yaradıb və texniki danışıqlara başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu açıqlama verib.

“ABŞ-la S-400 üzrə ortaq işçi qrupu yaradıldı, texniki danışıqlara başladı”, – deyə NTV nazirin sözlərindən sitat gətirir.

Qeyd edək ki, 14 dekabrda ABŞ Ankaranın S-400 alması ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiq olunduğunu elan edib.

Ankara bu qərarı qınayıb və cavab addımları atacaqlarını bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər