İngiltərənin “Röyter” informasiya agentliyi 2020-ci il üçün “İlin fotoları”nı yayımlayıb.
Teleqraf.com xəbər verir ki, il ərzində dünyanın müxtəlif ölkələrində baş verən hadisələri əks etdirən 100 foto seçilib.
Agentlik dərs etdiyi bir foto ilə Ermənistanın oktyabrın 11-də Azərbaycanın Gəncə şəhərində mülki insanlara qarşı törətdiyi terror aktına diqqət çəkib.
Fotoda terror zamanı yaxınını itirmiş bir qadın əks olunub.
Fotonu təqdim edirik: