Fransa Dövlət Şurası polis və jandarmaya “dövlətin təhlükəsizliyi naminə” insanların siyasi və dini baxışlarını, eləcə də sağlamlıq məlumatlarını siyahıya almasına icazə verən 3 fərmanı qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu fərmanlar müsəlmanları nəzarət altında saxlamağa və güc tətbiq etməyə cəhd kimi qiymətləndirilir.
Şura təsdiqlədiyi bu fərmanların fikir, vicdan və din azadlığını nisbi olaraq pozmadığını bildirib.
Hökumətin 4 dekabr tarixli qərarı ilə açıqlanan fərmanlar polis və jandarmaya “dövlətin təhlükəsizliyi naminə” siyasi və dini baxışlarını, eləcə də sağlamlıq məlumatlarını siyahıya almağa imkan verir.
Fərmanlara əsasən, sosial mediada paylaşılan fotolar, şərhlər və terror aktlarında şübhəli bilinən və ya Fransanın ərazi bütövlüyünü təhdid edən şəxslər siyahıya alınacaq. Fərmanlardakı qaydalar ölkədəki dərnəkləri də əhatə edir.