Fransa Dağlıq Qarabağda uzunmüddətli siyasi həll yolu axtarılmasını dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Yelisey Sarayı Fransa Prezidenti Emmanuel Makronla Ermənistan Baş naziri Nikol Paşinyan arasında ötən gün baş tutan telefon danışığına istinadən yayıb.
Məlumatda Fransa dövlət başçısının Ermənistan baş naziri ilə danışıq apardığı qeyd edilib.
Bildirilib ki, Fransa Prezidenti Makron 10 noyabrda atəşkəs razılaşmasından sonra davamlı bir siyasi həll yolu tapmağa qərarlı olduğunu bildirib.
Yelisey Sarayının açıqlamasında Makron əsirlərin azad edilməsi səylərini dəstəklədiyini və Ermənistanın iqtisadi inkişafının təşviqinə hazır olduğunu ifadə edib.