Türkiyənin növbəti süni peyki - “TürkSAT 5A” yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərilib.
Teleqraf.com Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadla xəbər verir ki, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bu münasibətlə müraciətində bildirib : “TürkSAT 5A” sayəsində orbitdə gücünü artıran Türkiyə bundan sonra Yaxın Şərq və Afrika qitəsinə də peyk xidməti göstərəcək”.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında bildirilir ki, “TürkSAT 5A” süni peyki ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə yola salınıb. Beləliklə, Türkiyə fəzada peyklərini artırmaqda olan ölkələr sırasında öz yerini qorumaqla “TürkSAT 5A” ilə birlikdə “TürkSAT 3A”, “TürkSAT 4A” və “TürkSAT 54B” peyklərinin də fəaliyyətini davam etdirəcək.