Misir ilə İsrail sərhədində gərginlik yaşanıb.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb. Misir ordusu qarşı tərəfin mövqelərini atəşə tutub. Rəsmilər atışmada ölən və ya yaralananın olmadığını bildirirlər.
İsrail hücumun kim tərəfindən törədildiyinin hələlik məlum olmadığını və araşdırmaların aparıldığını qeyd edib.
Samir