12 Yanvar 2021 10:27
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) yanvarın 20-də 50 ştatda silahlı etiraz aksiyalarının keçiriləcəyinə dair açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, FTB yeni Prezident Co Baydenin andiçmə mərasimindən əvvəl 50 ştatda genişmiqyaslı və silahlı etirazların planlaşdırılması barədə xəbərdarlıq edib.

“Yanvarın 10-da əldə etdiyimiz məlumata görə, 16-20 yanvar tarixlərində 50 ştatın konqresi qarşısında silahlı etiraz aksiyaları planlaşdırılır. Eyni şəkildə, 17-20 yanvar tarixlərində Vaşinqtonda ABŞ Konqresində silahlı etirazlar olacaq”, - açıqlamada qeyd olunub.

Digər tərəfdən, keçən həftə Konqresə basqından sonra paytaxt Vaşinqtonda yanvarın 20-də keçiriləcək andiçmə mərasimi üçün təhlükəsizlik tədbirləri artırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər