13 Yanvar 2021 21:27
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksininin tətbiqinə icazə verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatı qərar qəbul edib.

Bildirilir ki, Türkiyəyə gətirilən 3 milyon doza “Sinovac” vaksininin laboratoriya yoxlaması keçirilib və hər hansı problem aşkarlanmayıb.


Müəllif: Teleqraf.com