14 Yanvar 2021 22:14
1 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ölkənin artan təhlükəsizlik problemlərini həll etmək məqsədilə hava məkanından istifadə etmək üçün Mərkəzi Afrika Respublikası (MAR) rəsmiləri ilə danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Məlumatda qeyd edilib ki, MAR hökuməti icazə versə, Rusiya qiyamçı qruplara qarşı döyüş təyyarələrindən istifadə edəcək.
MAR hökuməti hələlik məsələ ilə əlaqədar rəsmi açıqlama verməyib.

80 faizi silahlı qrupların nəzarətində olan ölkədə qiyamçılar paytaxt Bangini ələ keçirmək üçün hücuma başlayıb.

MAR Xarici işlər naziri Silvi Temon ötən ay Rusiya və Ruandadan seçki prosesinin təmin edilməsinə görə kömək istəyib. Ruanda və Rusiya hökumətin yardım tələbinə müsbət cavab veriblər və ölkəyə yüzlərlə hərbi qüvvə göndəriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər