“Sonsuz müharibələrə son qoyacağıma dair vədimə həmişə sadiq qalacağam”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp ölkəsinin Əfqanıstan, İraq və Suriyadakı hərbi qüvvələrini ən aşağı səviyyələrə endirdiyinə diqqət çəkib:
“Əfqanıstandakı ABŞ qüvvələrinin sayı son 19 ildə ən aşağı səviyyədədir. Eynilə İraq və Suriyadakı qüvvə sayı da xeyli azalıb. Sonsuz müharibələrə son qoyacağıma dair vədlərimə həmişə sadiq qalacağam”.