18 Yanvar 2021 12:12
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Xocavəndin təmizlənməsi zamanı rusiyalı sülhməramlılar hərbçilərin təhlükəsizliyini təmin etməyə və istənilən hava şəraitində ərazinin yüksək səviyyədə təmizləməyə imkan verən "Uran-6" robot sistemlərindən və mina aşkarlayan itlərdən istifadə edir”,- Müdafiə Nazirliyi qeyd edib.

Müdafiə Nazirliyi əlavə edib ki, 23 noyabrdan bu günədək rus sülhməramlı qüvvələrinin mühəndis bölmələri 551 hektar ərazini, 205,3 kilometr yolu, 25 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 783 yaşayış binasını təmizləyib.


Müəllif: Cavad