ABŞ Prezidenti Donald Tramp hökumətin Rusiya, İran, Çin və Şimali Koreyadan pilotsuz uçan aparat (PUA) almasını qadağan edən sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sənəd Ağ Evin saytında yayımlanıb.
Sənəddə sözügedən ölkələr “ABŞ-ın siyasi müxalifləri” adlandırılıb:
“Pilotsuz uçan aparatlar hüquq mühafizə orqanlarımız tərəfindən və təbii fəlakətlərdə yardım göstərmək üçün istifadə olunur. Rəqiblərimiz tərəfindən istehsal olunan texnikaların istifadəsi milli və iqtisadi təhlükəsizliyi təhdid edir”.