Böyük Britaniyada keçiriləcək Böyük Yeddilik (G7) sammitinə Rusiya dəvət almayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, G7 sammitinin 11-13 iyun tarixlərində Böyük Britaniyada baş tutması gözlənilir. Sammitə Hindistan, Avstraliya, Cənubi Koreya kimi ölkələr qonaq qismində dəvət edilib.