23 Yanvar 2021 18:14
2 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

1040 personalın iştirakı ilə “Ərən-3 Ağrı Dağı” əməliyyatının başladığı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin verdiyi açıqlamaya görə, PKK/KCK terror təşkilatının ölkədəki ünsürlərini zərərsizləşdirmək və tamamilə bitirmək üçün yanvarın 11-dən başlayan əməliyyatlar davam edir.

Bu çərçivədə Təndürək və Licədən sonra “Ərən-3 Ağrı Dağı” əməliyyatına da start verilib.

Əməliyyatda jandarma komandoları, jandarma xüsusi əməliyyatları, polis xüsusi əməliyyatları və təhlükəsizlik qüvvələrindən ibarət 59 əməliyyat qrupu, 1040 personal iştirak edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər