25 Yanvar 2021 13:44
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremldə vitse-qubernatorlar üçün seminar keçirilib. Seminar zamanı region rəhbərləri arasında etimad səviyyəsinə görə liderlərin, həmçinin, autsayderlərin adları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “RBK” tədbirin üç iştirakçısına istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin verdiyi məlumata görə, region başçıları arasında etimad dərəcəsinə görə liderlər siyahısına Çeçenistan Respublikası, Adıgey, Kurqan və Kursk vilayətləri, eləcə də Yamal-Nen muxtar dairəsi daxildir. Bu subyektlərə rəhbərliyi müvafiq olaraq Ramzan Kadırov, Murat Kumpilov, Vadim Şumkov, Roman Starovoyt və Dmitri Artyuxov rəhbərlik edirlər.

Qeyd edilir ki, autsayderlər siyahısına Xakasiya Respublikası, Vladimir vilayəti, Xabarovsk və Krasnoyarsk diyarları, eləcə də Kemerovo vilayəti daxildir. Bu regionları müvafiq olaraq Valentin Konovalov, Vladimir Sipyaqin, Mixail Dyaqterev, Aleksandr Uss və Sergey Sivilyev idarə edirlər.


Müəllif: Səxavət