25 Yanvar 2021 15:59
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya İran və Panama bayrağı ilə üzən tankerləri qanunsuz neft daşıması səbəbindən müsadirə edib.

Teleqraf.com xəbər verir ki, neft tankerləri saxlanıldıqdan sonra araşdırma aparılması üşün Batam adasına aparılıb.

İlkin məlumatlara görə, saxlanılanlar İran bayrağı ilə üzən “Horse” və Panama bayrağı ilə üzən “Freya” adlı tankerlərdir. Onlar qanunsuz İndoneziya sərhədlərinə daxil olublar. Gəmilər əvvəlcə bayraqlarını, sonra avtomatik tanıma cihazlarını söndürüblər. Əlavə olaraq da rabitə çağırışlarına da cavab verməyiblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə bildirib ki, İndoneziya hökumətindən daha çox informasiya gözləyirlər: “Bu, əlbəttə texniki bir məsələdir və hər zaman olur”.


Müəllif: Cavad

Oxşar xəbərlər