26 Yanvar 2021 19:56
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu (BVF) Fransanı ölkə iqtisadiyyatı ilə bağlı xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, fonddan verilən açıqlamada Fransanın sürətlə borclandığı bildirilib.

“Fransada borc yüksəkdir. Etibarlı bir ortamüddətli büdcə sərtləşdirmə planını hazırlamaq və təsdiqləməyin vaxtının gəldiyinə inanırıq”, - BVF-nin Avropa ofisinin direktoru Cefri Frank deyib.

BVF rəsmisinin tövsiyəsi Avropa ölkəsində kəskin reaksiya ilə qarşılanıb.

Cefri Franka cavab verən fransalı iqtisadçı Tomas Porşer Yunanıstanı misal çəkib: “İki il sonra iqtisadiyyat darmadağın olanda, BVF-nin baş iqtisadçısının bizə “lənət olsun, diaqnostik bir səhv etdik” ifadəsinin bir hissəsi olacağıq”.

Bu səhvlərin nəticələrinin yunanlar üçün ağır olduğunu söyləyən Porşer Fransada işsizliyin 90 faiz artacağını, adambaşına düşən gəlirin 30 faiz azalacağını və buna görə intihar nisbətinin 44 faiz artacağını və uşaq ölümü nisbətinin 42 faiz artacağını söyləyib.

Fransız iqtisadçı bunu ölkəsi üçün “fəlakət ssenarisi” adlandırıb.

Köşə yazarı Aleksis Polin baş verənlərə görə, Prezident Emmanuel Makronu ittiham edib: “Makron koronavirus borcu yaratdı və iqtisadiyyatı həvəslə iflasa sürüklədi. İndi BVF bizi “yunan cəhənnəmi”ndə yaşatmaq və rifahın ləğvini sürətləndirmək üçün əlindən gələn hər şeyi edir. Fransızlar razılaşsalar, yox olacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər