27 Yanvar 2021 22:22
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu son zamanlarda İranın ballistik raket hücumları ehtimalına qarşı Səudiyyə Ərəbistanındakı alternativ bazalardan istifadə edir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı, general Kennet Makkenzi “Wall Street Journal”-a müsahibəsində deyib.

Personal və ağır hərbi texnikaların köçürülə biləcəyi yeni bazalar üçün yer axtardıqlarını qeyd edən general bildirib ki, İranın mümkün hücumundan sonra bu bazalar Qətər və Küveytdəki bazalara alternativ ola bilər.

Makkenzi hərbi baza axtarışının İranın hücum ehtimalı əleyhinə personal, təyyarə və hər cür hərbi texnikanın daşınması üçün bir seçim olaraq edildiyini söyləyib. O, bu məqsədlə Səudiyyədəki bazalarda hərbi təlimlərin keçirildiyini də açıqlayıb.

Nəşr Səudiyyə Ərəbistanında paytaxt Ər-Riyad yaxınlığındakı Şahzadə Sultan bazasında minlərlə ABŞ əsgərinin olduğuna diqqət çəkib.

Həmçinin keçmiş Donald Trump administrasiyasının Riyadla inkişaf etdirdiyi sıx əlaqələr sayəsində, Amerikanın Səudiyyə Ərəbistanında hərbi qüvvələrinin sayını artırdığı bildirilib.

Nəşrin iddiasına görə, Co Bayden administrasiyası dönəmində də, ABŞ və Səudiyyə Ərəbistanı üçün əsas amil olaraq qalmağa davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu