İsveçdə hər ilin dekabrında Nobel mükafatının elan olunmasından sonra ziyafətlərin təşkil edildiyi Stokholm Bələdiyyə binası müvəqqəti olaraq bağlanılıb.
Teleqraf.com xəbər verir ki, binanın “Mavi zal” adlanan salonu vaksinasiya mərkəzi kimi fəaliyyət göstərəcək.
Stokholm Bələdiyyə nümayəndəsi Anna Köng bildirib ki, vaksinasiya müddəti çətin keçəcək: “Bələdiyyə binasında “Mavi zal” kimi geniş məkanlar vaksinasiya üçün çox uyğundur. “Mavi zal”la yanaşı, idman zalları da vaksinasiya mərkəzi kimi fəaliyyət göstərəcək”.
Qeyd edək ki, Nobel mükafatı ilə bağlı mərasimlərin təşkili 1956-cı ildən sonra ilk dəfə dayandırılıb.
Mükafatlandırma mərasimi sonuncu dəfə Sovet ordusunun Macarıstandakı hərbi əməliyyatına etiraz olaraq təxirə salınmışdı.