24 Oktyabr 2014 03:30
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kobani istiqamətində hücumlarına ara verməyən İŞİD terrorçularının Türkiyə sərhədində kimyəvi silahdan istifadə etdiyi barədə iddialar yayılıb.

Teleqraf.com-un türk mediasına istinadən məlumatına görə, son hücumlarda Kobanidən gələn qaçqınlarda qəribə xəstəliklər aşkar edilib. Belə ki, kimyəvi silah hücumuna məruz qalan sakinlərdə nəfəs almaqda çətinlik çəkmək, görmə qabiliyyətinin zəifləməsi və dəridə qabarma kimi simptonlar aşkar edilib.

BBC-nin verdiyi məlumata görə, təhlükəsizlik mütəxəssislərinin analizlərindən sonra terrorçuların bölgədə xlor qazından istifadə etdiyi üzə çıxıb.


Müəllif:

Oxşar xəbərlər