Səlahiyyət müddəti yanvarın 20-də bitən və paytaxt Vaşinqtondan ayrılan ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridada Nümayəndələr Palatasındakı respublikaçıların lideri Kevin Makkarti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədəTrampın mətbuat xidməti məlumat yayıb.
Açıqlamada iclasın “çox yaxşı və səmimi” keçdiyi bildirilib: “Tramp və Makkarti Respublikaçılar Partiyasına Nümayəndələr Palatasında yerlərin əksəriyyətini tutmaq üçün kömək etmək barədə razılaşıb”.
2018-ci ildə Nümayəndələr Palatasında çoxluğunu itirən Respublikaçılar Partiyası 2020-ci ildə keçirilən seçkilərdə senatorlarının saylarını artırsalar da, üstünlük təmin edə bilməmişdi.
Nümayəndələr Palatasına növbəti seçkilər 2022-ci ilin noyabrında keçiriləcək.