Ekvador Prezidenti Lenin Morenonun olduğu təyyarə Vaşinqtondan qayıdarkən səmaya qalxdıqdan az sonra təcili eniş edib.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, buna səbəb texniki nasazlıq olub.
Ekvador prezidentinin İctimaiyyətlə əlaqələr üzrə katibliyinin yaydığı məlumatda qeyd olunur ki, prezident və bütün sərnişinlər qaydasındadır, yaxın bir neçə saatda təyyarə Ekvadora doğru yol alacaq.
Qeyd edək ki, ötən həftə Ekvador prezidenti ABŞ-da işgüzar səfərdə olub.