İsrail COVID-19 infeksiyasına görə vaksinasiyaya başlayan ilk ölkələrdən biridir.
Teleqraf.com xəbər verir ki, ilk olaraq tibb işçiləri və 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlayan İsrail prosesi daha da genişləndirib.
İsrail Səhiyyə Nazirliyinin verdiyi qərara əsasən, artıq 16 yaşdan yuxarı şəxslər də peyvənd olunacaq.
9.3 milyon əhalisi olan ölkədə 3 237 163 nəfərə COVID-19 vaksinin ilk dozası vurulub. 1 855 785 nəfərə isə artıq vaksinin ikinci dozası tətbiq edilib.
İsraildə gündəlik yoluxma hallarında azalma müşahidə olunur.