7 Fevral 2021 15:26
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın çıxdığı 2015-ci il nüvə anlaşmasını bərpa etmək üçün bir addım olaraq, iqtisadi saksiyalar və neft satışına qoyulan qadağanı ləğv etmədən İranın maliyyə yükünü azaltmağın yollarını axtarır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.

ABŞ rəsmilərinin müzakirə etdiyi bəzi variantlara, koronavirusla mübarizə çərçivəsində Beynəlxalq Valyuta Fondundan Tehrana borc verilməsinə dəstək verilməsi və koronavirusla bağlı İrana beynəlxalq yardımı əngəlləyən sanksiyaların yüngülləşdirilməsi daxildir. Bu cür addımlar humanitar amillərlə əsaslandırılır.

Nəşrin iddiasına görə, Prezident Co Bayden Trampın nüvə anlaşmasından çıxma qərarını ləğv edən bir sərəncam imzalaya bilər. Ancaq mənbələrə görə, İranın beynəlxalq bazarda neft satmasına imkan verən sanksiyaların ləğvi məsələsi hazırda ciddi şəkildə nəzərdən keçirilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər