İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Rusiyaya işgüzar səfərə gedib.
Teleqraf.com xəbər verir ki, onun təyyarəsi Moskvadakı hava limanına eniş edib.
M.Qalibaf üçgünlük səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə görüşəcək.
Bildirilib ki, spiker İranın ali rəhbəri ayətullah Əli Xameneinin məktubunu Rusiya prezidenti Vladmir Putinə təqdim edəcək