Asiya ölkələrində COVID-19 virusundan ölüm halları artıb.
Teleqraf.com xəbər verir ki, Pakistan, İndoneziya, Malaziya ve Yaponyada COVID-19-a yoluxma və ölüm halları kəskin şəkildə artıb.
Ötən sutka ərzində Pakistanda 1346 nəfər koronavirusa yoluxub və ümumi yoluxma sayı 554 474-ə yüksəlib. 53 nəfər həyatını itirib, ümumi ölüm sayı 11 967-ə çatıb. Bu günə qədər 510 242 nəfər isə virusa qalib gəlib.
İndoneziyada 24 saat ərzində 10 827 nəfər virusa yoluxub və bu yoluxma sayı 1 157 857-ə çatıb. COVID-19-dan ölənlərin sayı 163 nəfər artaraq 31 556-ə yüksəlib. Ölkədə ümumilikdə 949 990 nəfər virusadan sağalıb.
Malaziyada ötən gün ərzində 3 731 nəfər virusa yoluxub, ümumi say 242 452-ə çatıb. 15 nəfərin həyatını itirməsi ilə dünyasını dəyişənlərin sayı 872-ə yüksəl ib.
Yaqponiyada isə 1631 nəfər virusa yoluxub və ümumi yoluxanların sayı 406 274-ə çatıb. 52 nəfərin həyatını itirməsi ilə say 6 441-ə yüksəlib. 3 359 nəfər virusdan sağalıb.