9 Fevral 2021 20:21
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yerləşən “Microsoft” texnologiya şirkətinin qurucusu Bill Qeyts Yer kürəsinin yaxın illərdə qarşılaşacağı 2 qlobal fəlakət barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Bill Qeyts ilk qlobal xəbərdarlığı 2015-ci ildə edib.

2019-cu ilin son günlərində COVID-19 virusunun yayılması ilə Bill Qeytsin ilk proqnozu özünü doğruldub. COVID-19 bir il ərzində dünyada milyonlarla insana yoluxub.

NTV-nin xəbərinə görə, Geyts dünyanı gözləyən qlobal fəlakətlərə dair daha 2 proqnozunu açıqlayıb.

Bill Qeytsə görə, dünyanın qarşılaşacağı növbəti qlobal fəlakət iqlim dəyişikliyi olacaq. Qeytsin fikrincə, iqlim fəlakətinin dağıdıcılığı koronavirusdan daha ağır olacaq.

Bill Qeyts iddia edib ki, ikinci ən böyük qlobal fəlakət bioterrorizm olacaq.

Terrorçuların kütləvi hücumlar üçün viruslar kimi bioloji silahlar istehsal edə biləcəyini vurğulayan Qeyts bu cür hücumların koronavirusdan daha çox həyat və maddi itki ilə nəticələnə biləcəyini düşünür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər