“Almaniya ordusu sabahkı çətinliklər və təhdidlərə hazır deyil”.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin hazırladığı hesabatda bildirilib.
Ordunun vəziyyəti ilə bağlı hazırlanmış 8 səhifəlik hesabat Baş qərargah rəisi Eberhard Zorn və Müdafiə naziri Anneqret Kramp-Karrenbauer tərəfindən Bundestaqdakı müvafiq komissiyalara təqdim edilib.
Hesabatda alman ordusunun yetərincə maliyyələşdirilmədiyi və hazırlıq olmadığı, eləcə də birtərəfli qaydada təşkil edildiyi bildirilib: “Alman ordusu bu gün və sabahkı çətinliklər və təhdidlər üçün kifayət qədər hazır deyil”.
Hesabatda Almaniyanın gələcək təhdidlərə qarşı hazır olması lazım olduğu qeyd edilib.
Sənəddə alman ordusunun hava hücumundan müdafiə sistemlərinin olduqca zəif olmasına da diqqət çəkilib. Bu məqsədlə müdafiə sistemləri ilə bağlı layihələrin 20 milyard dollara çatdırılacağı vurğulanıb.
Rusiya və Çinin strateji rəqiblər kimi xarakterizə olunduğu hesabatda Moskvanın özünü Qərbə qarşı güc olaraq xarakterizə etdiyi, son zamanlarda hərbi-siyasi təhdidləri artırdığı və beynəlxalq müqavilələri qəsdən pozduğu bildirilib.
Hesabatda Çinin güclü və getdikcə daha çox görünən güclü oyunçu kimi ortaya çıxdığı deyilib.