ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, tərəflər telefon danışığı zamanı yeni koronavirusun yayılması ilə mübarizənimüzakirə ediblər:
"İki ölkə lideri COVID-19 pandemiyasına qarşı mübarizəni, səhiyyə sahəsində qlobal təhlükəsizliyə ümumi çağırışları, iqlim dəyişikliyini və silahların yayılmasının qarşısının alınmasını müzakirə ediblər".