11 Fevral 2021 14:06
2 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifətdə olan Səadət Partiyası Ali Məsləhət Şurasının sədri Oğuzhan Asiltürklə görüşündən sonra həmin qurumda maraqlı olaylar baş verir.

Teleqraf.com xəbər verir ki, Türkiyənin “Habertürk”saytı məlumat yayıb.

İddiaya görə, Asiltürk Səadət Partiyasını qurultaya aparacaq və bu qurumun hazırkı sədri Təməl Karamollaoğlunun yerinə professor Mete Gündoğanı gətirməyi planlaşdırır:

“Prezident Ərdoğanın Oğuzhan Asiltürklə onun evində görüşməsindən sonra Səadət Partiyasında kritik gəlişmələr baş verir. Oğuzhan Asiltürkün Səadət Partiyasını qurultaya aparacağı ilə bağlı məlumat var. Bu, Səadət Partiyasında sədrin dəyişəcəyi ilə bağlıdır. Təməl Karamollaoğlunu professor Mete Gündoğanla əvəzləməyi planlaşdırırlar”.

Mete Gündoğan 25 il Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın məsləhətçisi olub.

Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatında Səadət Partiyasının hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyası (MHP) arasında qurulmuş “Cümhur İttifaqı”na qatılacağı ilə bağlı xəbərlər yayılmışdı. İddia Ərdoğanın Asiltürklə onun evində görüşdükdən sonra ortaya atılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər