25 Oktyabr 2014 01:04
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Xarici işlər nazirliyinin sözçüsü Jen Psaki bu gün verdiyi açıqlamada ABŞ-ın İstanbul Baş konsulluğuna içində şübhəli tozun olduğu bir zərfin çatdığını söyləyib.

O, gündəlik mətbuat konfransında zərfin protokola uyğun olaraq, səlahiyyətlilərə təslim edildiyini bildirib.

Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, məsələnin Amerika və Türkiyə səlahiyyətlilərinin araşdırdığını ifadə edən Psaki, baş konsulluğun işinə normal davam etdiyini də diqqətə çatdırıb.

Psaki ona verilən bir sual müqabilində Azad Suriya Ordusundan döyüşçülərin Kobaniyə kömək üçün getməsi kimi bir vəziyyəti dəstəklədiklərini bildirib. Ağ Evin sözçüsü Suriya müxalifətinin Kobanidə İŞİD-lə savaşa girməsində ABŞ-ın xüsusi dəstəyinin olmadığını da dilə gətirib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər