25 Oktyabr 2014 10:04
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı onlarla mübarizə aparanlara qarşı yeni üsuldan istifadə etməyə başlayıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, terrorçular İraqda müqavimət göstərən rayonları susuz qoyaraq cəzalandırır. Təşkilat, su ehtiyatları üzərində nəzarətini daha da artırmaq istədiyini açıqlayıb. İŞİD bununla həmin regionları itaətə məcbur edir.

Yayılan məlumatlarda ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələrinin aviazərbələrinin davam etdirdiyi bir vaxtda təşkilat hazırda Mosul və Hadisə də daxil olmaqla ən azı 4 su anbarına nəzarət etdiyini açıqlayıb. Mütəxəssislər isə belə olan təqdirdə bölgədə uzunmüddətli su böhranının yaşanacağını qeyd edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər