Misir Təhsil Nazirliyi ərəb dili, tarix və coğrafiya dərslərindən dini mətnlərin çıxarılmasına dair qərarı təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, sözügedən qərarla Quran ayələri və Məhəmməd peyğəmbərin sünnəsi ölkədə tədris proqramından çıxarılıb.
Müdafiə və Milli Təhlükəsizlik Komitəsinin üzvü Freddi Əlbayadi dərsliklərdəki dini mətnlərin ekstremist müəllimlər tərəfindən dağıdıcı fikirləri yaymaq üçün istifadə etdiklərini bildirib.
Misir təhsil nazirinin müavini Rəda Hicazi nazirliyin müvafiq qərarı İslam, Xristianlıq və Yəhudilik arasındakı ortaq dəyərləri və təhsildə tolerantlığı təmin etmək üçün təsdiqlədiyini söyləyib.
Misirli siyasətçilər, akademiklər və fəallar hökumətin qərarına etiraz ediblər. Vəqflər Nazirliyinin keçmiş müşaviri Şeyx Səlama Əbdülqavi hökuməti İslama savaş açmaqda ittiham edib.