Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın qanunsuz şəkildə ilhaq edilmiş Krım bölgəsindəki son olaylara münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, XİN-in verdiyi açıqlamada dünən Krımda tatar türklərinin evlərin edilən basqınlar və həbslərdən narahatlıq ifadə edilib.
“Dünən səhər saatlarında Krımda soydaş tatar türklərinin evlərinə edilən basqınları və həbsləri təşvişlə qarşılayırıq”, - açıqlamada qeyd olunub.
XİN Rusiyaya çağırış edərək, bu kimi addımlara son qoymasını istəyib:
“Krım Yarımadasının əsl sakinləri olan tatarlarına qarşı bu kimi addımların atılmasına son qoymağa çağırıq. Krımın qeyri-qanuni ilhaqını tanımayan Türkiyə Krım tatarlarının yanında dayanmağa davam edəcək”.
Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Krımda bir qrup tatar türkünün evinə basqın edərək, 6 nəfəri həbs edib.