19 Fevral 2021 10:35
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanın yeni baş naziri İrakli Qaribaşvili ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu gürcü siyasi eksperti Vaxtanq Maisaya deyib.

Onun sözlərinə görə, baş nazirliyə namizəd İrakli Qaribaşvili seçiləcəyi təqdirdə, hökumətin əvvəlki dövrdə yürütdüyü siyasəti davam etdirəcək.

Maisaya qeyd edib ki, qonşuları Gürcüstanın yeni hakimiyyətindən kəskin dəyişikliklər və ya yeni sürprizlər gözləməməlidir.

Ekspert hesab edir ki, İrakli Qaribaşvili regional təhlükəsizlik sistemi ilə daha yaxından tanışdır. Maisaya baş nazir olaraq qonşu ölkələrlə münasibətlərə yeni dinamika qatacağına inanır.

Onun sözlərinə görə, Qaribaşvilinin gəlişi ilə ölkənin xarici siyasətində ciddi dəyişiklik olmayacaq.

Bundan əvvəl Gürcüstan Baş naziri Georgi Qaxariya ölkənin ana müxalifət partiyası olan Vahid Milli Hərəkatın lideri Niki Meliya ilə əlaqəli məsələdə siyasi komanda ilə fikir ayrılıqlarına görə istefa verib. Məhkəmə fevralın 17-də cəriməni ödəmədiyi üçün Meliyanın həbsinə qərar verib.

Daha sonra hakim komanda Gürcüstan hökumətinin keçmiş başçısı, keçmiş daxili işlər naziri, ölkənin indiki müdafiə naziri İrakli Qaribaşvilini baş nazir vəzifəsinə namizəd göstərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər