22 Fevral 2021 22:26
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda ilk mutasiyaya uğramış yeni növ koronovirusa yoluxma aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Somi açıqlama verib.

Məlumata görə. Əhər şəhərində virusa yoluxan şəxs təcrid edilib. Ailə üzvləri, yaxın ətrafı və onunla təmasda olan digər şəxslər nəzarətə götürülüb.
Yoluxan şəxsin bir neçə gün əvvəl İraqdan qayıtdığı və orada yoluxduğu bildirilib.

Bu gün İran Gömrük Xidməti yeni növ koronovirusun İraqda sürətlə yayıldığını əsas gətirərək, iki ölkə arasındakı 5 sərhəd-keçid məntəqəsinin bağlandığı açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər