23 Fevral 2021 11:59
1 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında İŞİD-lə mübarizə adı altında ABŞ-la əməkdaşlıq edən PKK terror təşkilatı əldə etdiyi silahları və hərbi avadanlıqları Türkiyəyə keçirərək, bu ölkəni qarşıdurma meydanına çevirməyə cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

Təhlükəsizlik mənbələrinə istinad edən nəşr bildirib ki, Türkiyə Silahlı Qüvvələri və kəşfiyyatı dəfələrlə terror təşkilatının bu səylərinin qarşısını alıb.

Qəzet türk ordusunun İdlib və digər istiqamətlərdə vəziyyətə nəzarəti öz əlində saxladığını vurğulayıb:

“Əldə edilmiş anlaşmalar çərçivəsində hazırda İdlibdə atəşkəsə nəzarət edilir. Türkiyə tərəfdaşları ilə lazım olan tədbirləri görür, radikal qrupların bölgənin sabitliyini pozacaq addımlarına icazə verməyəcəyini hər fürsətdə bildirir”.


Müəllif: Mənsur Rəğbətoğlu