25 Fevral 2021 14:20
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya dünyanın sabitliyini pozur, ABŞ və müttəfiqləri üçün təhlükə yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı general Tod Uolters deyib.

“Beynəlxalq ictimaiyyətin qınağına və iqtisadi sanksiyaların davam etməsinə baxmayaraq, Rusiya dünyada sabitliyi pozmağa yönələn təhlükəli davranışlara yol verir, bu hərəkətlərin bir çoxu Avropada həyata keçirilir. Rusiya ABŞ və avropalı müttəfiqlərimiz üçün təhlükə yaratmağa davam edir”, - Uolters vurğulayıb.

General Rusiyanın sovet ittifaqı dövründəki təsir dairəsini qorumağa çalışdığını və qonşu ölkələri buna məcbur etmək üçün güc tətbiq etdiyini deyib.

Uolters Rusiyanın ABŞ və müttəfiqlərini qorxutmaq, zəiflətmək və parçalamaq üçün özəl hərbi şirkətlər kimi qeyri-ənənəvi vasitələrə əl atdığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər