Bağdad və Ərbildə ABŞ hərbi bazasına raket hücumu həyata keçirdiyi ehtimal olunan və İran tərəfindən dəstəkləndiyi bildirilən Suriyadakı silahlı qrupa zərbələr endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın adını açıqlanmayan rəsmisi bildirib.
ABŞ mediasında yer alan xəbərlərdə isə Prezident Baydenin hücuma razılıq verdiyi və bunun hava hücumu olduğu bildirilir.
Pentaqon sözçüsü Con Kibry isə bəyan edib ki, Prezident Baydenin təlimatı ilə ABŞ qüvvələri Suriyanın şərqində İran tərəfindən dəstəklənən silahlı qruplara hava zərbəsi endirib.
Bu hücumun son zamanlar İraqda həyata keçirilən raket hücumlarına qarşılıq olduğuna diqqət çəkən Pentaqon rəsmisi əlavə edib ki, ABŞ-ın hava zərbələri Ketaib Hizbullah və Ketaib Seyyil əl-Şüheda daxil olmaqla, İran tərəfindən dəstəklənən qrupların sərhəd nöqtəsində olan obyektlərini yox edib.