27 Fevral 2021 10:55
3 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin bölmələri hərbi təlimlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Yaponiya ilə sərhəddə, illərdir iki ölkə arasında gərginliyə səbəb olan Kuril adalarında geniş masştablı hərbi təlimlərə start verib.

Rusiya Müdafiə Nazirliyinin Hərbi Departamenti bəyan edib ki, təlimlərdə Rusiyanın Şərq Hərbi Dairəsinə aid ordu birlikləri iştirak edir. Mindən çox hərbçinin, o cümlədən helikopter, təyyarə, zirehli texnika, kəşfiyyat və yanğın avtomobillərinin qatıldığı təlimə general-leytenant Vladimir Belyavski rəhbərlik edir.


Müəllif: Cavad