27 Fevral 2021 12:58
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Səudiyyə Ərəbistanı hakimiyyətində təmsil olunan 76 şəxsə öldürülən jurnalist Camal Qaşıqçı başda olmaqla, müxalif insanları təhdid etdikləri üçün sanksiyalar tətbiq edib.

Teleqraf.com-un məlumatına görə, ABŞ-da jurnalist Kamal Qaşıqçı cinayətinə dair yayımlanan hesabatdan sonra dövlət katibi Entoni Blinken bildirib ki, sanksiya tətbiq edilən Səudiyyə Ərəbistanı məmurlarına ABŞ vizası verilməsinə məhdudiyyətlər tətbiq ediləcək.

Blinken qeyd edib ki, bu şəxslər Camal Qaşıqçı başda olmaqla müxalif düşüncəli şəxsləri təhdid edib.


Müəllif: Cavad

Oxşar xəbərlər