İngiltərə Əfqanıstanda olan son hərbi bazasını əfqan ordusuna təhvil verməklə bu ölkədəki missiyasını başa çatdırıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İngiltərə müdafiə naziri Maykl Fallon açıqlama verib. Onun sözlərinə görə, Əfqanıstanda bəzi səhvlərin olmasına baxmayaraq, 2001-ci ildən İngiltərə bir çox məsələdə uğurlar əldə edib.
İngilis əsgərlərinin bu ölkədə lazimi tədbirlər gördüyünü deyən Fallon “Taliban” terror qruplaşmasının tam məğlub edilmədiyini də qeyd edib: “Taliban tam məğlub edilmədi. Ancaq bu gündən sonra təhlükəsizliyin təmin olunması məsələsində məsuliyyət əfqan ordusunun üzərinə düşür”.
O, Əfqanıstanın inkişafı üçün ingilis hökuməti tərəfindən yardımın davam edəcəyini də bildirib.
Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda 453 ingilis əsgəri həyatını itirib. Birləşmiş Krallıq 13 il ərzində Əfqanıstandakı əməliyyat üçün 140 min ingilisə 19 milyard funt-sterlinq xərcləyib.
Samir