ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun yeni dövrdə totalitar rejimləri hərbi güc istifadə edərək devirməyi deyil, müxalifətə dəstək verərək demokratiya gətirməyi hədəflədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Blinken ABŞ-ın hərbi təşəbbüslərinin xoşniyyətli olduğunu iddia edib.
Dövlət katibi ABŞ-ın maraqlarına xidmət etməyən ölkələrdəki hakimiyyətləri dəyişdirmək niyyətinin olduğunu dolayı yolla bu sözlərlə ifadə edib:
“ABŞ artıq hərbi gücdən istifadə edərək rejimləri devirməyə cəhd göstərməyəcək. Bu taktikadan keçmişdə istifadə etmişik. Niyyətimiz xoş olsa da, işə yaramadı”.
Blinken dəyişikliyə nail olmaq və ya demokratiyanı bərqərar etmək üçün ABŞ-ın müxalifətlərə dəstək verəcəyini istisna etməyib.