6 Mart 2021 01:36
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalin paytaxtı Moqadişoda törədilən partlayış nəticəsində azı 20 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi həkimlərə istinadən məlumat yayıb.

“Biz indiyə qədər partlayışin baş verdiyi yerdən 20 nəfərin meyitini və 30 yaralını daşımışıq”, - ölkənin təcili yardım xidmətinin nümayəndəsi bildirib.

Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil restoranlardan birinin qarşısında partlayıb. Partlayışdan sonra atışma səsləri eşidilib.

Daha əvvəl “Garowe” portalı bildirib ki, partlayış şəhər həbsxanasının yaxınlığındakı restoranın yanında baş verib. Polis hadisənin baş verdiyi əraziyə aparan bütün yolları bağlayıb.


Müəllif: Teleqraf.com