9 Mart 2021 23:43
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyaya qarşı kiberhücuma hazırlaşması barədə yayılan xəbərlər narahatlıq yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu narahatlıq yaradır və beynəlxalq kibercinayətkarlıqdan başqa bir şey deyil”, - Kremlin sözçüsü bildirib.

Peskov Rusiyanın heç vaxt kiberterrorizm və kiberhücumlarda iştirak etmədiyini söyləyib.

Qeyd edək ki, “Nyu-York Tayms” qəzeti bundan əvvəl Co Bayden administrasiyasının qarşıdakı üç həftə ərzində Rusiya hökumətinin sistemlərinə qarşı kiberhücum həyata keçirəcəyi barədə məlumat yaymışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər